Hizbullah: Prezidentliyə namizədimizi hələ elan etməmişik

   Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Hizbullah Hərəkatı baş katibinin müavini Şeyx Nəim Qasim twitter hesabından verdiyi açıqlamada "Fərqli qruplar arasında dialoq üçün zəmin hazır olması üçün prezidentliyə namizədimizi hələ elan etməmişik. Ağ kağız razılaşmanın yolunu açmaq üçün yaxşı bir işarədir, təbii ki, siyasi manevr edib, real adlar yerinə saxta adlar təqdim etmək istəmirik" deyib. Livan parlamentinin ölkə prezidentini seçmək üçün altıncı iclası cümə axşamı keçirilib, nümayəndələr əvvəlki beş sessiyada prezident seçə bilməyiblər.

Bəzi siyasi dairələr Livan Parlamentinin yeni prezident seçə bilməməsinin əsas səbəbini Samir Cacanın rəhbərlik etdiyi Livan Qüvvələri partiyasının düşünülmüş addımları ilə əlaqələndirirlər. Bu mənbələr “Qüvvət” partiyasının Livanda parlament seçkilərindəki məğlubiyyətindən və Nəbih Berrinin yenidən prezident seçilməsindən sonra digər siyasi partiyalardan yeni prezident seçilməsinə mane olmaqla qisas almaq qərarına gəldiyini bildirir.

Bildirilir ki, Livana yeni prezident gətirilməsə, bu ölkədə siyasi vakuum daha da dərinləşəcək.