Pakistan XİN rəhbəri: Dünya İranla nüvə sazişini bərpa etmək üçün hərəkətə keçməlidir

Pakistanın xarici işlər naziri İranın nüvə sazişinin bərpa edilməsini bütün tərəflərin, o cümlədən region ölkələrinin xeyrinə olduğunu bildirib və beynəlxalq ictimaiyyətə sazişin bərpasında rol oynamağa çağırıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İslamabadda bugünkü mətbuat konfransında Bilaval Bhutto Zərdari Pakistanın koalisiya hökumətinin fəaliyyətə başlamasından bu yana hökumətin xarici siyasəti ilə bağlı brifinq keçirib.

Beş ay əvvəl İran İslam Respublikasına rəsmi səfərini xatırladan nazir Tehrana səfərinin uğurlu olduğunu, onun müsbət təsirlərindən biri də İran-Pakistan Müştərək İqtisadiyyat Komissiyası toplantısının keçirilməsi olduğunu diqqətə çatdırıb.

Zərdari əlavə edib: İki ölkənin müştərək iqtisadi komissiyası 5 illik fasilədən sonra keçirildi və müxtəlif sahələrdə əlaqələrimizin inkişafı üçün yolumuzu daha da hamarlaşdırdı.

Pakistanın xarici işlər naziri İrandan Pakistana qaz kəməri layihəsinin taleyi ilə bağlı deyib: Biz bütün görüşlərimizdə və məsləhətləşmələrimizdə nüvə sazişi danışıqlarının uğurunun qaz kəməri layihəsinin açarı olduğunu vurğulamışıq.

Pakistan nüvə sazişini canlandırmaq üçün təcili tədbirlər görmək istəyir, çünki bu təkcə İranın dolanışıqına fayda verməyəcək, həm də region ölkələrinin maraqlarının təmin olunmasına kömək edəcək.

Zərdari beynəlxalq ictimaiyyətdən İranın nüvə sazişinin bərpasında öz rolunu oynamağa çağırıb.