Laricaninin İranda islahat bəyanatı

İran parlamentinin keçmiş sədri və Sərəncamın Faydalarının Diaqnoz Şurasının üzvü Əli Laricani ötən gün Xuzistan əyalətinin İze mahalının mərkəzi bazarında baş verən və 7 nəfərin ölümü nəticələnən terror aktı ilə bağlı yazılı açıqlama yayıb. O: “Ölkənin bəzi digər şəhərlərində, xüsusən də İze şəhərində baş verən xoşagəlməz hadisələr bir daha göstərdi ki, ölkədə təhlükəsizlik olmadığı zaman belə cinayətlər baş verir. Diqqət edin ki, əcnəbilər ölkənin asayişini pozacaq hər hansı hərəkəti öz pis məqsədləri üçün istifadə edə bilərlər. Bu vəziyyətdən İran və İran vətəndaşları əziyyət çəkəcək. Ölkədə islahat aparmaq üçün hər şeydən əvvəl dinc və sabit mühit lazımdır" - fikirlərini yazıb.

İki gün əvvəl İranın Xuzistan əyalətinin İze rayonunun mərkəzi bazarında terror aktı törədilib. Vilayət mərkəzi Əhvaz rəsmiləri hücumda həyatını itirənlərin ümumi sayının 7-yə çatdığını açıqlayıb. Bu hadisədə ümumilikdə 8 nəfərin yaralanıb. Ölənlər arasında 9 və 13 yaşlı uşaqlar da var.

Xatırladaq ki, çərşənbə günü axşam saatlarında 2 motosikletçinin təhlükəsizlik qüvvələrini hədəf alması nəticəsində dinc sakinlər də şəhid olub. Ümumilikdə 7 vətəndaş öldürülərkən, 8 nəfər də yaralanıb.