Qəzzada yaşayış binasında yanğın nəticəsində 21 nəfər həlak olub

 Qəzzada yaşayış binasında gecə saatlarında baş verən yanğında yeddisi uşaq olmaqla 21 nəfər həyatını itirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Qəzzada Daxili İşlər Nazirliyi açıqlama verib.

Bildirilib ki, Qəzzanın şimalında "Cibalya Düşərgəsi"ndə bir yaşayış binasında güclü yanğın 21 nəfərin həyatını itirməsinə səbəb olub.

Yanğının tez bir zamanda binanı bürümüsənin səbəbi onun altında və ya yanında saxlanılmış benzinlə əlaqələndirilir.

Hadisənin dəqiq səbəbləri araşdırılır və bu barədə cinayət işi açılıb. Fələstin Muxtariyyəti bir günlük matəm elan edib.