Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Abbas Musəvi sosial media hesabında məlumat paylaşıb.

Görüşdə iki ölkə arasındakı münasibətlər və regional əməkdaşlığın perspektivləri müzakirə olunub.