Avropada təbii qaz cüzi ucuzlaşıb

Avropada təbii qazın qiyməti, təxminən, 1 % düşərək 1000 kubmetr üçün 1200 ABŞ dollarından aşağı olub.

Operativtv.com bu barədə Report-a istinadən xəbər verir.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın dekabr fyuçersləri ticarətə 1000 kubmetr üçün 1208,8 ABŞ dolları səviyyəsində başlayıb. Daha sonra təbii qazın qiyməti 1190,8 dollara düşüb.