Putinlə Əliyev telefonla danışıblar

Operativtv.com Turan-a istinadən xəbər verir ki, cümə axşamı axşam Azərbaycan Rusiya prezidentləri arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin və Əliyev “ticarət-iqtisadi və enerji sahələrində Rusiya-Azərbaycan əməkdaşlığının müəyyən məsələlərini” müzakirə ediblər.

Digər təfərrüatlar barədə məlumat verilmir. Azərbaycan Prezidentinin mətbuat xidməti hələlik bu söhbətlə bağlı məlumat verməyib.

Qeyd edək ki, telefon danışığı İlham Əliyevin Moskvanın Qarabağdakı hərəkətlərini tənqid etməsindən bir neçə saat sonra olub. Beləki, Əliyev Moskvanı öz adamı, biznesmen Vardanyanı Qarabağa göndərməkdə ittiham edib və Bakının onunla əməkdaşlıq etməyəcəyini bəyan edib.