“Qazprom” Azərbaycana 1 milyard kubmetr qaz nəql edəcək

Operativtv.com Turan-a istinadən xəbər verir ki, noyabrın 15-dən “Qazprom” Rusiya qazının Azərbaycana yeni alqı-satqı müqaviləsi üzrə nəqlinə başlayıb.

“Sənəd “Qazprom Eksport” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb.

Nəql 2023-cü ilin mart ayına qədər həyata keçiriləcək. Nəqlin həcmi 1 milyard kubmetrə qədərdir”, - noyabrın 18-də Rusiya şirkətinin yaydığı bəyanatda deyilir.

2021-ci ildə Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər. Razılaşma yay mövsümündə Azərbaycandan Rusiyaya, qış mövsümündə isə Rusiyadan Azərbaycana analoji həcmdə qazın nəqlini nəzərdə tutur.