Uruqvay - Kabo Verde matçında 4 qol vuruldu

Futbol üzrə dünya çempionatında Uruqvay - Kabo Verde ilə qarşılaşıb.

Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında hesab 2:2 olub.

Uruqvayın heyətində Maksimiliano Arauxo (44) və Aqustin Kanobbio (45+6) fərqləniblər. Kabo Verde yığmasında isə Kevin Pina (21) və Helio Varella (61) diqqət mərkəzinə düşüblər.