Daxili işlər naziri Soylu iranlı həmkarı Vəhidi ilə telefonl əlaqəsi qurub

Operativtv.com türk mediasına istinadən xəbər verir ki, Türkiyə daxili işlər naziri Süleyman Soylu İran İslam Respublikasının daxili işlər naziri Əhməd Vəhidi ilə telefon danışığı aparıb. Nazirliyin sosial media hesabında paylaşılan xəbərdə bildirilib ki, görüş zamanı iki ölkə arasında sərhəd təhlükəsizliyi, qeyri-qanuni miqrasiya ilə mübarizə, terror və narkotiklərlə mübarizədə əməkdaşlıq məsələləri müzakirə olunub.