Beynəlxalq Atom Enerjisi Agentliyinin Şurası İrana qarşı qətnamə qəbul edib

 Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurası “İranda nüvə obyekti kimi elan edilməmiş üç yerdə uran qalıqlarının aşkarlanmasına” dair rəsmi Tehranın əleyhinə qətnamə çıxarıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurası cümə axşamı keçirilən iclasda 26 səslə anti-İran qətnaməsinin lehinə səs verib və İranı əməkdaşlıq etməməkdə ittihamlandırıb.

Bu qətnamə layihəsində İrandan üç iddia edilən yerlə bağlı agentliyin sorğularına təxirəsalınmaz və təcili cavab verməsi tələb olunur. Bu layihədə həmçinin İran üç açıqlanmayan yerdə uran hissəciklərinin olması ilə bağlı kifayət qədər əməkdaşlıq etməməkdə ittiham edilir və İranın gecikmədən "qanuni öhdəliklərini" yerinə yetirməsi istiqamətində tədbirlər tələb edilib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurası artıq ikinci dəfədir ki, bu məsələ ilə bağlı qətnamə qəbul edir. Sabiq qərar ötən yayda İrana qarşı qəbul edilmişdi.

İran XİN bu qətnamə və iddiaları rədd edib. İran nüvə sazişinin bərpaı üçün bu məsələnin bağlanmasını tələb edir. Rəsmi Tehran bildirir ki, nüvə sazişinin bərpası fonunda belə bir iddialar İsrailin və ABŞ-ın əsasssız iddiaları və təhriki ilə həyata keçirilir.