Britaniya DİN-in yeni rəhbəri müsəlman oldu

Sacid Cavid Britaniya Daxili İşlər Nazirliyinin yeni rəhbəri təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Tvitter səhifəsində Britaniya Baş naziri Tereza Mey yayıb.

Qeyd edək ki, Sacid Cavid Konservativ Partiyanın üzvüdür. O, 1969-cu ildə Britaniyanın Roçdeyl bölgəsində anadan olub. Cavid əslən Pakistandan olan müsəlmandır.

Britaniyanın Daxili İşlər naziri Ember Radd dünən istefaya gedib. Onun istefa məktubunu Britaniyanın Baş naziri Tereza Mey təsdiqləyib. Raddın belə qərar qəbul etməsinə səbəb aprelin 28-də “Qardian” qəzetinin onun Tereza Meyə yazdığı məktubu dərc etməsi olub. 2017-ci ilə aid olan məktubda Radd qeyri-leqal miqrantların deportasiyasının 10% artırılması gərəkdiyini bildirib.