Yuliya Skripal ilk müsahibəsini verdi

Britaniyanın Solsberi şəhərində atası, keçmiş rusiyalı kəşfiyyat polkovniki Sergey Skripalla birgə zəhərlənmiş Yuliya Skripal ilk müsahibəsini verib.

BBC-nin məlumatına görə, 33 yaşlı Yuliya sağalma prosesinin çox ləng və ağrılı olduğunu deyib:

“20 günlük komadan ayıldıqdan sonra bildim ki, atamla məni zəhərləyiblər. Hələ də bizə qarşı belə bir addımın atılması fikri ilə razılaşa bilmirəm. Solsberi qospitalının bütün işçilərinə təşəkkürümü bildirirəm. Həyatım başdan-ayağa dəyişib. İndiki günlə yaşamağa cəhd edirəm. Atama tam sağalması üçün yardım etməyə çalışıram. Gələcəkdə ölkəmə qayıtmağa ümid edirəm”. 

Xatırladaq ki, Sergey və Yuliya Skripal martın 4-də Solsberidə huşsuz vəziyyətdə tapılıblar. Onlara sinir iflic edən kimyəvi maddə verildiyi bildirilir.