Britaniya mayın 1-də özünün Kayman və Vircin adaları kimi dəniz ərazilərindəki şirkətlərin sahibliyi üzərindən məxfiliyin qaldırlmasına razılaşıb.
Reuters agentliyi yazır ki, korrupsiya və vergidən yayınma hallarının qarşısını almaq məqsədi güdən hökumət planına görə bu, 2020-ci ilin sonunadək baş verməlidir.
Rəsmi Londonun bu qərarı antikorrupsiya kampaniyaçıları tərəfindən alqışlanıb.
Christian Aid təşkilatından Simon Kirkland deyib ki, bu, çirkli pulların yuyulmasına və vergidən yayınmalara qarşı mübarizə aparan fəalların çoxdan bəridir gözlədiyi qərar idi.
Britaniya son illərdə özünün dəniz və taxt-tac ərazilərində sahibləri anonim olan şirkətlərə görə beynəlxalq təzyiq altında idi. İnsan haqları və antikorrupsiya fəalları bildirirlər ki, ofşor ərazilərdəki məxfi şirkətlərdən ictimai pulların oğurlanaraq gizlədilməsi üçün istifadə olunur.
Lakin belə görünür ki, ofşor ərazilərin yerli icra hökumətləri bu xəbərləri böyük sevinclə qarşılamayıb. Britaniya Vircin Adalarının (BVA) hökumət başçısıOrlando Smith deyib ki, o bu xəbərlərdən “dərindən narahat olub” və Londonun yeni şəffaflıq siyasətini “dərindən qüsurlu” hesab edir.
O bildirib ki, belə bir qərar nəinki əraziyə olan etimadı, hətta Britaniya hökuməti ilə gələcək münasibətləri sual altında qoyur, BVA əhalisinin konstitusiya haqlarını nəzərə almır.
Lakin Britaniyanın hakim Mühafizəkar Partiyanın bir neçə millət vəkili, müxalifətdən olan həmkarları ilə birləşərək dəyişikliklərin həyata keçirilməsi üçün hökumətə təzyiq göstərməyə başlayıb.
Ofşor ərazilərdəki məxfi şirkətlərin sahibliyinin açıqlanacağını hələ keçmiş baş nazir David Cameron vəd etmişdi.
Reuters yazır ki, bu ərazilərin bir çoxu geniş maliyyə xidmətləri göstərir, çünki buralarda vergi aşağı, bizneslərin sahibliyi isə qeyri-şəffafdır.
Daha çox açıqlığa edilən çağırışlara baxmayaraq Britaniyanın taxt-tac və dəniz əraziləri lazımi informasiyanı yalnız hüquq-mühafizə orqanlarının tələbi ilə və yalnız belə bir tələb olanda açmağa borcludurlar.
Xarici işlər nazirinin müavini Alan Duncan deyib ki, hökumət qanuna iki millət vəkili tərəfindən təqdim olunmuş dəyişiklikləri qəbul etməyə hazırdır. Bu dəyişikliklərə görə ofşor ərazilərdəki şirkətlərin əsl sahiblərinin adlarından ibarət mərkəzi reyestr jurnalistlər və ictimaiyyət üçün açıq olmalıdır.
Sözü gedən dəyişikliklər bir sıra qanunlara, o cümlədən çirkli pulların yuyulmasına qarşı olan qanunlara tətbiq olunmalıdır.
Bu dəyişiklikləri təklif etmiş müxalif millət vəkili Margaret Hodge deyib ki, yeni qanunlar bir sıra rejimlərin və onların müəmmalı və çirkli pullarının gizlədilməsi və yuyulmasının qarşısını alacaq.
Global Witness antikorrupsiya təşkilatının sözçüsü Naomi Hirst deyib ki, əvvəllər buna bənzər dörd təklif qəbul olunmamışdı.
Onun fikrincə, hökumətdəki tərpəniş keçmiş Rusiya agenti Skripalın zəhərlənməsi ilə bağlıdır.
Bəzi təxminlərə görə hazırda ofşor ərazilərə axan kapital birbaşa Britaniyaya qoyulan investisiyalardan yeddi dəfə çoxdur.
Reuters yazır ki, sözü gedən dəyişikliklər Man və Normand adalarına (Channel Islands) tətbiq olunmayacaq, çünki Britaniya parlamenti bu ərazilərə qanun diqtə etmək səlahiyyətinə malik deyil.
Britaniya öz ofşorlarındakı şirkətlərin sahiblərini açıqlayacaq

Oxşar xəbərlər