Birinci yarımildəAzərbaycan 15, Ermənistan 23 hərbçi itirib

2018-ci ilin birinci yarısında Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkiləri 15 nəfər olub. Bu müddətdə Ermənistan Silahlı Qüvvələrinin 23 hərbi qulluqçusu dünyasını dəyişib. Bu barədə Almaniyada yerləşən Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat verib.

Mənbənin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbçisi döyüş şəraitində, 12-i qeyri-döyüş şəraitində həlak olub.

2 hərbçi xəstəlikdən, 1-i bədbəxt hadisə zamanı, 3-ü naməlum şəraitdə ölüb. 3 hərbçi xidmət yoldaşının atəş açması, 1-i avtomobil qəzasında, 2-i mina partlaması nəticəsində həlak olub.

Erməni ordusunda Dünyasını dəyişənlərin 4-ü döyüş, 19 nəfəri isə qeyri-döyüş itkisidir. 4 hərbçi Azərbaycan tərəfinin atəşindən, 7 nəfərsə bədbəxt hadisələrdən dünyasını dəyişib. Bundan başqa 4 nəfər intihar edib, 2 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. 2 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib. 1 nəfər təhlükəsizlik qaydalarının poyulması səbəbindən, daha 3 nəfərsə başqa səbəblərdən dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 1-i zabit, 19 nəfəri əsgər, 3 nəfəri isə müddətli xidmət hərbi qulluqçusu olub. Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin (o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrin) hərbi qulluqçuları olub. İnsidentlərin 11-i Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində, 12-si isə Ermənistan ərazisində baş verib.

Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu yaralanıb və ya xəsarət alıb. 1 hərbi qulluqçu avtomobil qəzasında xəsarət alıb, 2 nəfər bədbəxt hadisədən. 2 əsgərsə cəbhə xəttində yaralanıb.

XHTİ 2015-ci ildə azərbaycanlı jurnalist və hərbi ekspert, bir il öncə mühacirət etmiş Cəsur Sümərənli tərəfindən təsis edilib.

Turan