Azərbaycanın daha 2 taekvondoçusunun dünya çempionatında rəqibi bəlli olub

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında beşinci günün püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, iyunun 2-də baş tutacaq kişi taekvondoçular arasında 54 kq və qadınlar arasında 46 kq-da Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.

21 yaşadək taekvondoçular arasında Avropa çempionu Səyyad Dadaşov (54 kq) mundiala 1/16 finaldan başlayacaq. O, bu mərhələdə Omonjon Otajonov (Özbəkistam) – Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibini gözləyir.

Minayə Əkbərova (46 kq) da debüt görüşünə 1/16 finaldan başlayacaq. İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Ruka Okamoto (Yaponiya) - Sarai Sançes (Puerto-Riko) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.