Azərbaycanda suyun qiyməti Gürcüstan və Ermənistandan bahadır

Son günlər Azərbaycanda suyun bahalaşacağı ilə bağlı xəbərlər dolaşır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Aydın Abbasov deyib ki, Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır.
Belə ki, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir.
Azərbaycanda 1 kub metr içməli su üçün 1 manat ödəniş etmək lazımdır. Bunun 70 qəpiyi içməli su, 30 qəpiyi isə kanalizasiya xidməti üçün ödənilir.
Ermənistanda 1 kub metr içməli su üçün ödəniş 200 dram (86 qəpik) təşkil edir. Kanalizasiya xidməti üçün xüsusi bir ödəniş tələb olunmur.
Gürcüstanda isə 1 kub metr içməli su üçün 0,5 lari (30 qəpik) ödəniş tələb olunur. İçməli su üçün 0,379 lari, kanalizasiya xidməti üçün isə 0,121 lari.
 
 
MeydanTV