Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.
Zəlzələ Xəzər dənizində 68 km dərinlikdə qeydə alınıb. Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.
Hazırda zəif afterşoklar qeydə alınır.
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub, afterşoklar qeydə alınır