Azərbaycan çempionatı: Bu gün 2 oyun var

Bu gün Misli Premyer Liqasında 23-cü tura start veriləcək. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. Əvvəlcə "Sabah" "Kəpəz"i qəbul edəcək.

Digər matçda isə "Araz-Naxçıvan" "Səbail"in qonağı olacaq. 

Xatırladaq ki, 23-cü turun "Qəbələ" - "Qarabağ" oyunu təxirə salınıb.

17 fevral (şənbə)

16:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Bank Respublika Arena”

18:30. “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
“ASCO Arena”

18 fevral (bazar)

15:30. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:00. “Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Neftçi Arena”