İran İslam Respublikasının Ali lideri Ayətullah Xamenei Livanın “Hizbullah” hərəkatının lideri Seyid Həsən Nəsrullahın şəhadəti münasibətilə başsağlığı mesajı verib.
Mesajda deyilir:
“Bölgədəki müqavimətə liderlik edən, din alimi və müdrik bir siyasi lider olan böyük Seyid Həsən Nəsrullah dünən gecə Livandakı hadisələrdə şəhadət məqamına yüksələrək haqqın rəhmətinə qovuşub.
Müqavimətin əziz Seyidi Allah yolunda illərcə etdiyi cihadın və (çəkdiyi) çətinliklərin mükafatını mübarək bir mübarizə əsnasında aldı. Onlarla il boyunca Fələstinin məzlum xalqını, (İsrail tərəfindən) işğal edilən qəsəbə və kəndləri, dağıdılan evləri və şəhid olanları müdafiə etmək üçün tədbir və planlar hazırlayan Nəsrullah Beyrutun Dahiyə bölgəsindəkiləri, onların dağıdılan evlərini və sevdiklərini qorumaq üçün plan hazırlayarkən şəhid oldu. Bu qədər (davam edən) mübarizənin nəticəsində şəhidlik lütfü onun həqiqi haqqı idi.
İslam aləmi böyük bir şəxsiyyəti, Müqavimət Cəbhəsi də mühüm bir başçısını, “Hizbullah” da misli olmayan bir liderini itirdi, amma onun onlarla il davam edən cihadının bərəkəti əsla itməyəcək.
Livanda qurduğu və digər dirəniş qruplarına istiqamət verdiyi təməl onun itkisi ilə aradan getməyəcək, Nəsrullahın axıdılan qanı və bu hadisənin digər şəhidləri sayəsində müqavimət güc qazanacaq.
Dirəniş Cəbhəsnin sionist rejimin əldən düşmüş və çürük gövdəsinə endirdiyi zərbələr daha da sarsıdıcı şəkildə davam edəcəkdir. Sionist İrailin pis dalğası bu hadisədə qalib gəlmədi.
Müqavimətin Seyidi bir nəfər deyil, bir yoldur və bir məktəbdir və bu yol davam edəcəkdir. Şəhid Seyid Abbas Musəvinin qanı yerdə qalmadı, Şəhid Seyid Həsənin qanı da yerdə qalmayacaq."
Ayətullah Xamenei Seyid Həsən Nəsrullahın ailəsinə, “Hizbullah” hərəkatına, müqavimət xəttinə, Livan xalqına və rəhbərliynə başsağlığını ifadə edərək İranda 5 günlük matəm elan edib.
Ayətullah Xameneidən başsağlığı mesajı