Ayətullah Şəhristani GMİ-nin yeni Şeyxini təbrik etdi

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Cavad Şəhristani Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yeni seçilmiş şeyxi Hacı Faiq Nəbiyevə zəng edib.

Söhbəti zamanı Ayətullah Şəhristani Hacı Faiq Nəbiyevi Şeyx seçilməyi münasibətilə təbrik edərək, ona yeni məsuliyyətli vəzifəsində uğurlar arzu edib.

Ayətullah Əl Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Hacı Faiq Nəbiyevin uzun müddət “Alulbeyt Gürcüstan”da göstərdiyi fəaliyyət və zəhmətlərini təqdir də edib.