Avtobus "KamAZ"la toqquşub, xəsarət alanlar var

Bu gün, iyunun 1-də Bakı-Qazax yolunda sərnişin avtobusu «KamAZ» və «Mercedes» markalı avtomobillə toqquşub.
 
Avtobusda Tbilisidən Bakıya gələn 54 şəxs olub. Onlardan 20-yə yaxını xəsarət alıb.
 
Yük maşını və minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib.
 
Bəzi məlumatlarda isə xəsarət alanların daha çox olduğu bildirilir.
 
Yaralıların Şirvan Şəhər Mərkəzi Xəstəxanasına və Hacıqabul Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir. 2 nəfərin vəziyyətinin ağır olduğu vurğulanır.
 
toplum.tv