“Bir ana kimi qanuna, ədalətə, qaydaya, hüquqa inamım qalmayıb. Gözləntim yoxdur. Amma yerin və göyün sahibi Ulu Tanrıya müraciət edirəm: Allahım, mənim balama kömək ol, imkan vermə ki, ölsün. Yalvarıram...”.
Bu barədə 105 gündür həbsxanada aclıq aksiyası keçirən İstanbul Universitetinin doktorantı Faziil Qasımovun anası Tahirə Qasımovanın müraciətində deyilir.
“Aylardır ki, yuxum ərşə çəkilib. Təlaş içindəyəm. Hər dəfə böyük oğlum Nazim məni çağıranda, ya da zəng edəndə səksəkə məni daha da bürüyür. Elə bilirəm ki, Fazilin ölüm xəbərini mənə çatdıracaq. Bir ana üçün hər an oğlunun ölüm xəbərini ala bilmək qorxusu ilə yaşamaq nə deməkdir...Təsəvvür edin...!, o qeyd edib.
Ana 1993-cü ildə Kəlbəcər rayonundan qaçqın düşdüklərini, övladalarını əziyyətlə böyütdüyünü bildirir.
“Fazil kənar dəstək olmadan universitetə daxil oldu, yüksək nəticələr göstərdi, Türkiyəyə yollandı. Ümid edirdim ki, daha da təkmilləşib xalqına, vətəninə, dövlətinə fayda verəcək. Amma bədxahlar imkan vermədilər. Günahsız balamı şərlədilər, dörd divar arasına saldılar. Bu dəqiqə, bu an balam can çəkişir. And olsun ki, mənim balalarım halal çörəklə böyüyüblər. Zəhmətkeşdirlər, biliklidirlər, əxlaqlıdırlar, torpağını, dövlətini sevəndirlər. Axı mənim balam cinayətkar deyil... And olsun Allaha ki, deyil”, ana qeyd edir.
O, oğlunun şərlənərək həbs edildiyini, ağır işgəncələrə məruz qaldığını yazır.
“Mənim balamı tutdular, şərlədilər, toka verdilər, başını unitaza soxdular, nəcisin, sidiyin içində belədən belə, elədən elə sürüdülər, sonra da atdılar ömürlük azadlıqdan məhrum edilmiş cinayətkarların saxlandığı kameraya. Balam da çıxış yolunu canına qıymaqda görür. Gözümün qabağında əriyib çöp olub. Hər həftə Fazilə yalvarıram, amma faydası yoxdur”, Tahirə Qasımova qeyd edir.
Bundan öncə Fazil Qasımov Azərbaycan və Türkiyə prezidentlərinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək günahsız olduğunu bildirib, həbsdən azad edilməsinə kömək göstərmələrini xahiş edib. Onun müraciətlərinə rəsmi münasibətlə bağlı hər hansı məlumat yayılmayıb.
Fazil Qasımovun ailəsindən Amerikanın Səsinə bildiriblər ki, o, hazırda aclığı davam etdirir.
“Arıq Fazilin çəkisi 67 kiloqramdan 33 kiloqrama qədər azalıb. Onun arterial təzyiqi tez-tez 50/30-a düşür və hər an komaya düşə bilər”, onun ailəsindən deyiblər.
Fazil Qasımovun məhkəmə prosesi də davam edir. Məhkəmə onun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz olunması barədə vəsatətləri təmin etməyib. Növbəti məhkəmə iclası oktyabrın 10-na təyin dilib.
Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, həbs edilmiş Fazil Qasımova qarşı məhkum və həbs edilmiş şəxslər, eləcə də əməkdaşlar tərəfindən qanunsuz hərəkətlərə yol verilmir, onun hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.
Xatırladaq ki, 1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
"Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim", Qasımov əlavə edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı istintaq qeyri-müəyyən müddətə dayandırlıb. Lakin o həftədə iki dəfə polsidə qeydiyyatdan keçir, ölkədən çıxışına qadağa qoyulub.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.
Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
AmerikanınSəsi
105 gündür aclıq edən Fazil Qasımovun anası: Allahım, imkan vermə balam ölsün