İsrailin Hizbullahın mövqelərinə zərbələri nəticəsində ölənlərin sayı 492-yə çatıb, 1645-dən çox yaralı var (yenilənib)

İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.

 Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayı 492-yə çatıb.

Yaralıların sayının 1645-i ötdüyü bildirilir. Ölən və yaralananlar arasında dinc sakinlər də var.