İmam Əli (ə) hərəmi evlərindən didərgin olan livanlılara qapılarını açdı

İsrail hücumlarından sonra evləri dağılmış və yurdlarını tərk etmək məcburiyyətində qalan livanlılar İmam Əli (ə) Ziyarətgahının qonağı olacaqlar.

Bu barədə Ziyarətgah Kompleksin bəyanatında deyilir.

Yayılan bəyanatın mətnində qeyd olunur ki, İmam Əli (ə) ziyarətgahı evlərini tərk etmək məcburiyyətində qalan livanlılar üçün otel, motel, qonaq evləri və şəhərciklərin qapılarını açıq elan edir. Bəyanatda həmçinin evlərindən didərgin düşən livanlıların əlaqə saxlamaları üçün telefon nömrələri və ofis adresləri də qeyd olunub.

 

 

Az.rasthaber