16 avtobus dayanacağına pavilyon qoyulub

Bakıda 16 avtobus dayanacaq məntəqəsində pavilyonlar qoyulub.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, mütəxəssislərin apardığı təhlillər və eyni zamanda sərnişinlərdən 141 Çağrı Mərkəzinə daxil olan müraciətlər əsasında müəyyənləşdirilən 16 avtobus dayanacaq məntəqəsində pavilyonlar qoyulub. Bu istiqamətdə işlər davam etdirilir və digər məntəqələrdə də pavilyonların qoyulması təmin ediləcək.