FIFA Fransa millisinin bilərəkdən uduzması şübhəsi ilə araşdırmalara başlayıb

FIFA Özbəkistanda keçirilən futzal üzrə dünya çempionatının qrup mərhələsinin III turunda Fransa yığmasının qəsdən uduzması şübhəsi ilə araşdırmalara başlayıb.

Operativtv Report-a istinadən xəbər verir ki, İran millisinə 1:4 hesabı ilə məğlub olan "xoruzlar" 1/8 finala qrup ikincisi kimi yüksəliblər.

Fransa bu görüşdə qalib gələrək qrup lideri kimi 1/8 finala adlasaydı və bu mərhələni də keçsəydi, 1/4 finalda dünya reytinqində birinci olan Braziliya ilə qarşılaşmalı olacaqdı.

Turnir iştirakçılarının iddialarına görə, onlar İrana bilərəkdən uduzublar.

Qeyd edək ki, Fransa mundialın 1/8 finalında Tailand yığması ilə qarşılaşacaq. İranın rəqibi isə Mərakeş millisi olacaq. Asiya təmsilçisi bu görüşdə qalib gələrsə, Braziliya ilə üz-üzə gələcək.