"Hizbullah" Həsən Nəsrullahın şəhadətini təsdiqləyib

"Hizbullah" təşkilatı Seyyid Həsən Nəsrullahın şəhadət xəbərini rəsmən təsdiqləyib.

Bu barədə "Hizbullah" hərəkatı bəyanatında bildirib.

Məlumatda, həmçinin bildirilib ki, "Hizbullah" İsraila qarşı mübarizəni davam etdirəcək.

Qeyd edək ki, əvvəl yayılmış məlumatlarda Həsən Nəsrullahın İsrailin dünən Livanın paytaxtı Beyrutu bombalaması nəticəsində öldürüldüyü bildirilmişdi.
Bombardmanda Nəsrullahın qızı Zeynəbin və "Hizbullah"ın daha bir neçə yüksək vəzifəli üzvünün öldürüldüyü də açıqlanmışdı.

Həsən Nəsrullah 1992-ci ildən "Hizbullah"a rəhbərlik edirdi.