Ayətullah Zəncani İsrailin vəhşi cinayətlərini pislədi

Ayətullah Şübeyri Zəncani İsrail rejimin təcavüzünün artması ilə bağlı narahatlıq və kədərini mesaj verərək ifadə edib: Beynəlxalq ictimaiyyətin bu cinayətlə bağlı sükutundan təəssüflənirik və nüfuzlu qurum və şəxsiyyətlərdən bu böyük hadisəyə qətiyyətlə son qoymalarını xahiş edirik.

 

Mərhəmətli və Rəhmli Allahın adı ilə

«فَوَيْلٌ لِلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ»

Son günlər Livanda baş verən acınacaqlı hadisələr və bir çox dindarların və döyüşçülərin şəhid olmasına, müdafiəsiz, sərgərdan və yurdsuz insanların amansız, vəhşicəsinə hücumlarına səbəb olan cinayətkar rejimin hücumları, hər bir azad insanın qəlbini parçalayıb kədərə qərq edir.

Şəhidlərimizə Allahdan rəhmət, həlak olanların ailələrinə səbr və mükafat, yaralananlara, bu cinayətin qurbanlarına isə can sağlığı və şəfa diləyirik. Qatillərin qəddarlığından və məzəmmətindən xilas olub qələbə qazanmalarını dua edirik.

Bununla da böhranın genişlənməsindən narahatlığımızı və kədərimizi ifadə edir, beynəlxalq ictimaiyyətin bu cinayətlə bağlı sükutundan təəssüflənir, nüfuzlu qurumlardan və şəxsiyyətlərdən bu böyük hadisəyə qətiyyətlə son qoyulmasına və bu hadisənin davam etməsinin qarşısının alınmasına yardım etməyi tələb edirik.

Biz İlahi məhkəməyə dua və ümid edirik ki, Allah-taala ədalətin bərqərar olması, bəşəriyyətin nicatı üçün İmam Mehdinin (ə.f.) zühurunu tezləşdirsin.

 

19 Rəbiul 1446

Ayətullah Şubeyri Zəncaninin ofisi