Sentyabrın 25-də Ali Məhkəmə Mirtofiq Hüseynovun şikayətinə baxıb. Hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda Bakı Ağır Cinayətlər Məhkəməsində Mirtofiq Hüseynov barəsində verilən 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına ittiham tərəfinin verdiyi şikayəti araşdırılıb.
Hakim tərəflərin sübutlarını incələdikdən sonra qərarı elan edib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsində Mirtofiq Hüseynov barəsində 234.1-1-ci maddəyə uyğun olaraq verilən 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasını doğrulayaraq onu qüvvədə saxlayıb.
Xatırladaq ki, Mirtofiq Huseynov Azərbaycanda kütləvi həbslərin həyata keçirildiyi ortamda 2022-ci il dekabrın 4-də saxlanılıb və barəsində saxta narkotik ittihamı irəli sürülmüşdü.
Ali Məhkəmə qərarı qüvvədə saxladı