İsrail rejimin Dahiyəyə hava və dəniz hücumları davam edir

Livan mənbələri sionist rejimin Dahiyəyə yeni hücumlarını şiddətli kimi qiymətləndiriblər.

 

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, Əl-Məyadin müxbirinin Beyrutdan verdiyi xəbərə görə, sionist İsrail rejiminin Dahiyə hücumu döyüş təyyarələri və dəniz vasitəsilə həyata keçirilib.

Xəbər mənbələri sionist rejimin Dahiyə hücumundan sonra nəhəng partlayış səslərinin eşidildiyini bildirib.

Sionist rejim qırıcılarının Beyrutun cənubundakı yaşayış məntəqələrinə fasiləsiz hücumları cümə günü axşamdan başlayıb və bu gün də davam edib.

Livanın şərqindəki Baalbekin bir neçə bölgəsi də sionist rejimin hava hücumlarına məruz qalıb.