Avropa Liqası: "Atalanta" "Bayer"i məğlub edərək tarixində ilk dəfə kuboku qazanıb

UEFA Avropa Liqasının "Atalanta" və "Bayer" komandaları arasındakı final qarşılaşmasına başa çatıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən matçda İtaliya təmsilçisi almanları 3:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə UEFA Avropa Liqasının qalibi olub.

Qarşılaşmada qolları 12-ci və 26-cı və 75-ci dəqiqələrdə Ademola Lukman vurub.

Bununla da “Atalanta” “Bayer”in uzun müddətdir ki, davam edən məğlubiyyətsizlik zəncirini qırıb.