Aşura günü Kərbəlanı 16 milyon insan ziyarət edib

İraq parlamentindəki ziyarətçi xidmətləri komissiyası Aşura günü Kərbəlanı 16 milyon yerli və xarici ziyarətçinin ziyarət etdiyini açıqlayıb.

 İraq parlamentinin ziyarətçi xidməti komissiyasının sədr müavini bazar günü bildirib ki, Aşura günü Kərbəlanı 16 milyona yaxın ziyarətçi ziyarət edib.

"Biz bu sayda insan kütləsinə ən yaxşı şəkildə xidmət göstərməyə çalışdıq, ilkin hesablamalara görə 16 milyon insan şəhərə daxil oldu ki, bu da bizim ziyarətçilərə xidmət etmək imkanımızın nə qədər müsbət və vacib olduğunu göstərir" deyə məlumatda deyilir.