Almaniyada islamofobiya halları artır

Almaniyada ötən il 142 olan anti-islam cinayətləri bu il 258-ə yüksəlib. Almaniya sakinləri cinayəti törədənlərin müəyyən edilməsinə adekvat diqqət yetirilməsini istəyirlər.

İslama və müsəlmanlara qarşı cinayətlərin artması bütün Avropanı heyrətləndirir. Bu cinayətlərin qeydə alındığı ölkələrdən biri də mühüm müsəlman əhalisinin yaşadığı Almaniyadır. Yanvar-iyun ayları üzrə məlumatlara diqqət yetirilərək qeyd olunub ki, İslama qarşı 258 cinayət törədilib.

Ötən ilin eyni dövründə sözügedən rəqəm 142 olub.

Bu məsələni Almaniya hökumətinin Sol Partiyanın parlament sualına verdiyi cavab əsasında xəbər verən Evangelische Pressedienst media qurumu gündəmə gətirib.

İlin ilk yarısında İslama qarşı cinayətlər çərçivəsində həyata keçirilən hücumlarda 17 nəfər yaralanıb. Sözügedən cinayətlərin əksəriyyəti sağçı ekstremistlər tərəfindən törədilib.

Qərargahı Kölndə olan İslam İcması Milli Gorus (İGMG) Təşkilatının sədri Kamal Ergün Almaniyada müsəlman qurumlarına və məscidlərinə edilən hücumların səbəbkarlarının aşkarlanma sürətinin son dərəcə aşağı olduğunu vurğulayıb.