ABŞ Hizbullah hərəkatına yeni sanksiyalar tətbiq edib

ABŞ hökuməti Livanın Hizbullah təşkilatına sanksiyaları genişləndirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəzanədarlıq Departamenti məlumat yayıb.

Bildirilib ki, Hizbullah hərəkatı ilə bağlı üç fiziki və iki hüquqi şəxsə sanksiya tətbiq edilib.

Bundan öncə Hizbullah Hərəkatının İcraiyyə Komitəsinin sədr müavini Şeyx Əli Dəmuş, ABŞ-ın müqavimət hərəkatına tətbiq etdiyi iqtisadi təzyiq, blokada, mühasirə siyasətinin nəticə vermədiyini demişdi. O son çıxışında bildirib ki, ABŞ Hizbullah hərəkatı ilə bağlı mübarizədə ümidini Livanda xaos şəraiti yaratmasına bağlayıb.