ABŞ-da qaz kəmərində partlayış olub

ABŞ-da qaz kəmərində partlayış olub.

"Unikal" xəbər verir ki, alov sütunu 150 metr yüksəkliyə qalxıb.

Hadisə Oklahoma və Texas ştatlarının sərhəddində qeydə alınıb. Yerli yanğınsöndürənlər fövqəladə hadisə yerindən bir neçə video yayımlayıblar.

“Reuters”in verdiyi məlumata görə, Phillips 66 enerji şirkəti zədələnmiş əraziyə qaz verilişini kəsib. Mütəxəssislər hələlik hadisənin səbəbini müəyyən etməsələr də, partlayış və yanğın nəticəsində xəsarət alan olmadığını iddia edirlər. Fövqəladə vəziyyət zonasında yollar bağlanıb, təcili yardım xidmətləri hadisə yerindədir.