Böyük Britaniyadakı 60-a yaxın Leyborist millət vəkili İsrailin Qəzza zolağı olan Rəfaha bütün mülki əhalini məcburi köçürmə planını qəbuledilməz elan edib və ölkənin indi Fələstini rəsmən tanıması lazım olduğunu bildirib.
Millət vəkilləri xarici işlər naziri David Lammy-yə göndərdikləri məktubda İsrail müdafiə nazirinin bütün Qəzza sakinlərini məcburi şəkildə Rəfah şəhərinin xarabalıqlarına köçürmək planını vurğulayırlar. Planın tanınmış israilli insan haqları vəkili Michael Sfard tərəfindən “insanlığa qarşı cinayətlər üçün əməliyyat planı” kimi təsvir edildiyi xatırladılan məktubda bunun əslində Qəzzanın etnik təmizlənməsi olduğu vurğulanıb.
Məktubda hökumətdən bir sıra beş addım atmağı xahiş edilib. Böyük Britaniyanın artıq UNRWA-ya dəstək verməsi və HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi kimi bəzi addımlar atdığı bildirilərkən, İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinə ticarət embarqosu tətbiqi və Fələstinin dərhal tanınması kimi tələblərin daha mübahisəli ola biləcəyi ifadə edildi.
Millət vəkilləri bildiriblər ki, Fələstinin tanınmaması iki dövlətli həll siyasətini zəiflədir və İsrailin faktiki ilhaq cəhdlərinə yol açır.
Bu çağırış Fransa prezidenti Emmanuel Makronun Böyük Britaniyaya səfəri zamanı verdiyi oxşar bəyanatlardan dərhal sonra gəlib. Makron bildirib ki, Qəzzada qeyd-şərtsiz atəşkəs və Fələstin dövlətinin tanınması sülhə aparan yeganə yoldur.
Məktub İşçi Partiyasının tərkibindəki Fələstinin Dostları və Yaxın Şərq qrupu tərəfindən təşkil edilib və Sarah Ouen, Endryu Pakes, Stella Kreysi, Klayv Lyuis, Dayan Ebbot və Dawn Butler də daxil olmaqla 59 deputat tərəfindən imzalanıb.
İngiltərə Xarici İşlər Nazirliyi Fələstini tanımaqda qərarlı olduqlarını, lakin bunun sülh prosesinə ən çox töhfə verəcək bir zamanda və digər Qərb ölkələri ilə birlikdə həyata keçiriləcəyini bildirib.
59 deputatdan Böyük Britaniyaya çağırış: Fələstini dərhal tanıyın