28 yaşlı futbolçu vətənində məscid inşa etdirdi

Moskva “Spartak”ının hücumçusu Keyt Balde vətəni Seneqalda məscidin inşasını maliyyələşdirib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, məscid idmançının şəxsi vəsaiti hesabına tikilib və onun anasının kəndində yerləşir.

Müsəlman ibadətgahının açılışı 26 mayda baş tutub.

Tikilinin inşası 70 mini avroya başa gəlib.

Xatırladaq ki, bu, 28 yaşlı Baldenin inşa etdirdiyi sayca ikinci məsciddir – ilk məscidi 2021-ci ildə və öz gəliri ilə atasının kəndində inşa etdirib.

O, 2022-ci ilin avqust ayından “Spartak” forması ilə çıxış edir.