1 iyun, müdafiəsiz qalan yüzlərcə uşaq

Getdikcə yalnız rəsmi adlara çevrilən bayram günlərinin əhəmiyyətsiz hala gəlməsi dünya səhnəsinin ən real mənzərəsidir. İnsan haqları deyib düyada böyük insitutların gözü önündə başı əzilən insanlıq, Ümumdünya Qida Ehtiyatı Fondunun seyr etdiyi artıq saniyədə acından ölən bir körpə, Ümumdünya Səhiyyə təşkilatının qeyri ədalətli bölgü səbəbindən ən kasıb ölkələri bürüyən epidemiyalar və sair bu təşkiltların rəsmi ad və şəxsi maraq çərçivəsində fəaliyyətinin bariz göstəricisidir. Bu isə həmən təşkilatlar haqqında gözləntilərin yavaş yavaş tamami ilə bitdiyinə gətirib çıxarır.

Bu gün dünya uşaqların hüquqlarını müdafiə adlı bir gün elan edib. Sankı dünyada uşaq ancaq Amerika, Avropa və sair bu kimi inkişaf etmiş ölkələrdədir. Yerdə qalan ölkələrdə uşaqların durumu heç kəs üçün maraqlı deyil. Afrika, Somali, Yəmən, Fələstin, Ukrayna və sair nə qədər ölkələrdə bu gün uşaqlar adı sosial haqlardan məhrum olunaraq can verir. Bəlkə elə zənn edirsiz ki, bu ölkələrin müharibə qurbanı olaraq yaşadıqları qanunidir. Bu gün ölkəsinə mübaribə alovunu çəkib bu ölkələrdən güddüyü maraqlar belə diqqətə alınmasa bir uşağın qida çatışmamazlığı, dərman ehtiyacının ödənilməməsi səbəbindən ölməsi Qərbdə bir ev heyvanının baxımsızlıq səbəbindən ölkəsində yaranan ajartajla əsla müqayisə olunan deyil. Acı durum isə bu qeyd olunan təşkilatların gözü önündə gerçəkləşərək icra olunur.

Bizim ölkədə də, mənzərə fərqli deyil, siyasi düşüncə, inancı, ictimai nüfuzu və sairlər səbəbindən haqsız olaraq həbs olunan neçə-neçə uşaqlarımız var ki, bu gün onlar ən dəyərli müdafiəni həyata getirəcək ata nəvazişindən məhrum olub. Yüzləri adlayan günahsız körpələr bu gün dünyanın gözü önündə hakimiyyətin şərləmə maşını ilə müdafiədən məhrum olub. Bu barədə ABŞ Departamentinə qədər bir çox beynəlxaq təşkilatlar bəyanat yayıb, ancaq bu qorumadan kənar qalan uşağın həyatında heç bir dəyişikliyi olmayan bir nəticədir. Nəyin müqabilində razılaşdırılan gözdən asılmaq üçün deyilən bu bəyanatlar bu gün mini ötən uşağı ölkəmizdə, Azərbaycanda müdafiəsiz, çətin vəziyyətdə qoyub.

Növbəti müdafiəsiz uşaqların müdafiə olunduğunu söyləyən bir təqvimi çevirdik, “1 İyun Uşaqların Müdafiə Günü”nü.