Hizbullahın baş katibi: Müqavimət silahlarının təhvil verilməsi təcavüzlərin dayanmasına səbəb olmayacaq

Livan Hizbullahının baş katibi bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin yüksək rütbəli komandirlərindən və Fələstin bölməsinin məsulu olan şəhid Məhəmməd Səid İzzədinin - "Hacı Ramazan" - şəhadətinin qırxıncı günü münasibətilə etdiyi çıxışda müqavimətdən təslim olmağı istəyənlərə cavab olaraq bildirdi:

Müqavimət silahlarının təhvil verilməsi heç bir şəkildə sionist rejimin Livana qarşı təcavüzlərinin dayanmasına səbəb olmayacaq.

Hizbullahın baş katibi Şeyx Nəim Qasim şəhid Məhəmməd Səid İzzədinin qırx mərasimində çıxış edərək dedi: Amerika, müqaviməti, xalqı və Livanı tam şəkildə zəiflətmək üçün sionist rejimin xeyrinə çalışır və müqavimətin silahsızlaşdırılması üçün şərtlər irəli sürməklə tam şəkildə İsrailin maraqları istiqamətində hərəkət edir.

Hizbullahın baş katibi bir daha müqavimətin Livanın suverenliyinin və təhlükəsizliyinin qorunmasındakı əsas rolunu vurğuladı və müqaviməti zəiflətmək üçün bəzi tərəflərin səyləri barədə xəbərdarlıq etdi.

O həmçinin daxili fitnəkarlar və İsrail layihəsinə xidmət edənlər barədə xəbərdarlıq edərək dedi: ölkəmiz şəhidlərin qanı və fədakarlığı ilə qurulub və biz heç vaxt imkan vermərik ki, kimsə öz iradəsini bizə zorla qəbul etdirsin.

O, beynəlxalq ictimaiyyətə müraciət edərək dedi: Livan dövləti cənub və şərq sərhədlərinin qorunması məsuliyyətini üzərinə götürməli və bu mesajı bütün dünyaya çatdırmalıdır.