Kərbəla və Nəcəfdə tətil elan edildi

Ərbəin mərasiminin yaxınlaşması ilə əlaqədar olaraq İraqın Kərbəla və Nəcəf əyalətləri bir həftəlik qapadılacaq.

Bu barədə Kərbəla qubernatoru Nasif Casim əl-Xəttabi və Nəcəf əyalətinin şurasının başçısı Hüseyn əl-İsavi bəyan ediblər.

Adıçəkilən bölgələrdə bazar günündən etibarən bütün müəssisələrin işləməyəcəyi elan edilib.

Qərar 14 avqustadək (daxil) qüvvədə olacaq.

Qeyd edilib ki, sözügedən qərar xidməti və mühafizə qurumlarına şamil edilmir.

İşlərin dayandırılmasının məqsədi Ərbəin mərasiminin təşkilati məsələləri və zəvvarlara lazımi xidmətlərin göstərilməsinə yardımdır.