Xalqın iştirakı ilə bu il istehsalda sıçrayış ili olacaq

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei 1403-cü Şəmsi ilini "Xalqın iştirakı ilə istehsalda sıçrayış" ili adlandırıb.

Ayətullah Xamenei Tehranda İmam Xomeyni Hüseyniyyəsində Novruz bayramı münasibətilə etdiyi çıxışında İran xalqını Novruz bayramı münasibətilə təbrik edib.

O, ötən il İranda əldə edilən irəliləyişlərə toxunaraq: “Elmi və texnoloji tərəqqi, infrastruktur sahəsində istehsal, xüsusilə “Qüds günü” və “İslam İnqilabının Qələbəsinin ildönümü”ndə xalqın hərtərəfli iştirakı,  seçkilərin müvəffəqiyyətlə keçirilməsi və hökumətin müxtəlif iqtisadi və siyasi sahələrdəki fəaliyyətləri də bu irəliləyişlər arasındadır" deyib.

Ölkədə bəzi problemlərinin ötən ilin kədərli xəbərləri arasında olduğunu bildirən Ayətullah Xamenei, “Şəhid Süleymaninin şəhadətinin ildönümündə Kirmanda törədilən terror aktı, Sistan və Bəlucistanda baş verən daşqınlar keçmişin digər ağrılı hadisələri sırasında qeyd edib. Lakin Qəzzada baş verənlər son bir ildə baş verən ən ağrılı hadisə olduğunu təəssüflə söyləyib.

Ölkənin yeni ildə əsas məsələsinin iqtisadi problemlər olduğunu bildirərək, “Ölkənin iqtisadi problemlərinin, xüsusilə inflyasiya, məşğulluq, milli valyutanın dəyərinin həlli istehsaldan keçir. Bu səbəbdən də son illərdə istehsal məsələsi önə çəkilir” əlavə edib.

Yeni ildə istehsala diqqət yetirəcəyini bildirən İnqilab Rəhbəri Ayətullah Xamenei 1403-cü Şəmsi ilini “xalqın iştirakı ilə istehsalda sıçrayış” ili adlandırıb.