İslam İnqilabı Rəhbərinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti Hizbullah baş katibinin müavini Şeyx Nəim Qasimlə Fələstindəki son hadisələr, müqavimətin qələbələri və Qəzzada vəziyyət barədə telefonla danışıb.
Vilayəti telefon danışığında: “Ümid edirik ki, imanlı, güclü, cəsur və bacarıqlı bir şəxsiyyət olan Seyid Həsən Nəsrullahın başçılıq etdiyi Livan Hizbullahı bu günə qədər olduğu kimi düşmənlərlə mübarizədə yenə də həmişə olduğu kimi uğur qazanacaq” deyib.
Vilayəti Qəzzada baş verən proseslərə və İsrailin məzlum və müdafiəsiz Fələstin xalqına qarşı törətdiyi qətllərdə ABŞ-ın dəstəyinə diqqət çəkib. “Bu gün Fələstində baş verənlər birbaşa ABŞ-ın dəstəyi ilə baş verir. ABŞ rəsmiləri həyasızcasına açıq deyirlər ki, İsrail olmasaydı, biz İsrail yaradardıq. Bu cür ritorika və hərəkətlər bizə səlib yürüşlərini xatırladır və bütün bu qətllər birbaşa ABŞ-ın dəstəyi ilə həyata keçirilir.
İran İslam Respublikası və İran xalqı Hizbullah və İslam müqaviməti ilə fəxr edir, siz və döyüşçü yoldaşlarınız bu mübarizələrin mərkəzində mühüm və həlledicisiniz və Hizbullahın baş katibi bu mübarizəyə yaxşı rəhbərlik edir.
Əminik ki, Fələstin və Qəzzə xalqı bu incə və nəfəs kəsən mübarizədə Haniyə və Nahalə kimi şücaətlə döyüşən digər mücahidlər də qalib gələcəklər. Şübhə yoxdur ki, amerikalılar Fələstində vəziyyəti bu səviyyəyə çatdırıblar və sionist rejim bu zülmlə xəstəxananı bombalayır və minlərlə insanı qətlə yetirir.”
Hizbullah baş katibinin müavini Şeyx Nəim Qasim də bu dəstəkdən məmnunluğunu ifadə edərək, müqavimət oxunu dəstəkləməkdə başda Dini Rəhbər olmaqla İran İslam Respublikasının münasibətinə təşəkkür edib.
Şeyx Naim Qasim: “Əmin olun ki, biz bu sahədə müqavimət oxunun tərkib hissəsiyik və təzyiq yüksək olsa da, düşmənlər məhv edilənə qədər mübarizəmizi davam etdirəcəyik” söyləyib.
Vilayəti Hizbullah baş katibinin müavini ilə görüşüb