Türkyə Afrində uşaq xəstəxanası açdı

Türkyə Suriyanın Afrin rayonunda uşaq xəstəxanası açıb.

Trend bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verir.

Qeyd olunur ki, xəstəxana Afrinin Candaris bölgəsində işə başlayıb. Bundan başqa, terrorçulardan azad edilmiş digər bölgələrdə də səyyar uşaq xəstəxanaları fəaliyyət göstərəcək.

Xatırladaq ki, bu ilin yanvar ayında Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatına başlamışdı. Əməliyyat nəticəsində Afrin mart ayının ortalarında azad edilmişdi.