Türkmənistan Şimal-Cənub dəhlizinə qoşulur

 Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin üç əsas qurucu ölkəsi kimi İran, Rusiya və Hindistanın razılaşmasından sonra İranın şimal qonşusu Türkmənistan da bu layihəyə daxil edilib.

Akipress xəbər agentliyinin xəbərinə görə, Türkmənistan daha əvvəl bu layihədə iştirak etmək üçün müraciət etmişdi. Türkmənistan Başçılığı Nəqliyyat və Kommunikasiya Təşkilatının baş direktoru "Memethan Çakıf" bu istiqamətdə işlərin aparıldığını açıqladı.

Rusiyanın TASS xəbər agentliyi bundan əvvəl Türkmənistanın bu dəhlizə daxil edilməsi təklifinin Rusiya baş naziri tərəfindən imzalandığını və Moskva tərəfindən bəyənildiyini açıqlamışdı.

Beynəlxalq Şimal-Cənub Dəhlizi Hindistan, İran və Rusiyanın razılaşmasından sonra 2000-ci ildə başlanmış böyük nəqliyyat layihəsidir. Şimal-Cənub dəhlizi Fars körfəzi, Hind okeanı və Cənub-Şərqi Asiya ilə Avropa ölkələri, Skandinaviya və Rusiya arasında mühüm kommunikasiya körpüsü kimi tanınır.

2000-2002-ci illər arasında Rusiya, İran və Hindistan layihənin əsasını qoyub. Daha sonra layihəyə Ermənistan, Azərbaycan, Qazaxıstan, Belarus, Tacikistan, Türkmənistan, Ukrayna və Bolqarıstan qoşulub.