Türkiyənin İsraildən idxalında rekord artım

Hökumətə yaxın təşkilatlar İsrailə qarşı boykot kampaniyaları təşkil və Starbucks-da qəhvə içənlərə etiraz edərkən, Türkiyənin İsraildən idxalı artır.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, Türkiyənin İsraildən idxalı 2024-cü ilin yanvarında 141 milyon dollarla son səkkiz ayın zirvəsinə çatıb.

İsrailin Qəzzaya qarşı işğal əməliyyatına başladığı oktyabrda 98,7 milyon dollar olan Türkiyənin İsraildən idxalı noyabrda 122,3 milyon, dekabrda isə 101,2 milyon dollar olub.

2023-cü ilin oktyabrından 2024-cü ilin yanvarına qədər olan dörd ayda Türkiyənin İsraildən idxalı 463,2 milyon dollara çatıb. Müharibə başlamazdan əvvəl dörd ayda Türkiyənin İsraildən idxalı 2023-cü ilin iyun-sentyabr dövründə 462,5 milyon dollar olub. Yəni müharibədən sonra Türkiyənin İsraildən idxalı artıb.

Qəzzada son müharibənin başladığı oktyabr-yanvar ayları arasında Türkiyənin İsrailə cəmi ixracatı 1 milyard 446 milyon dollara çatıb.

2023-cü ilin iyun-sentyabr dövründəki ümumi rəqəm 1 milyard 886 milyon dollar olan müharibə başlamazdan əvvəlki dörd ayda azalma olsa da, Türkiyədən İsrailə gəmi və təyyarələrlə daşınmalar davam edir.

Oktyabrda 347,9 milyon dollar, noyabrda 319,2 milyon və dekabrda 429,2 milyon dollar olan Türkiyənin İsrailə ixracı 2024-cü ilin yanvar ayında 349,7 milyon dollara çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus dünən İsrailin 7 oktyabr 2023-cü il tarixindən Qəzzaya hücumları nəticəsində ölənlərin sayının 30 mini, yaralıların sayının isə 70 mini keçdiyini açıqlayıb.