Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 218 nəfərə çatdı

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 218 nəfərə çatıb.

Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.