Tokioda Tel-Əviv səfirliyinə avtomobillə hücum olub

Yaponiya polisi Tokioda Təl-Əviv səfirliyi yaxınlığında avtomobil idarə edən şəxsi həbs edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Yaponiyadakı media mənbələri Tokioda 50 yaşlı kişinin Tel-Əviv səfirliyinə hücum cəhdinə görə həbs edildiyini bildirib.

Reuters xəbər agentliyinin məlumatına görə, kiçik avtomobil Tokioda Tel-Əviv səfirliyinin 100 metrliyində kəsişmədə hasara çırpılıb. Bir polis əməkdaşının yüngül xəsarət aldığı bildirilir.

Qəzanın baş verdiyi küçədəki videolardan birində avtomobilin hasarın yaxınlığındakı müvəqqəti maneəyə dəydiyi görünür. Hadisə yerində həbs edilən şəxsin sağçı qruplaşmanın üzvü olduğu və təxminən 50 yaşının olduğu bildirilir.