Tale Bağırzadə köçürüldüyü müəssisədə təzyiqlərlə üzləşib - ilahiyyatçı aclıq aksiyasına başlayıb

Siyasi məhbus Tale Bağırzadə ciddi təzyiqlər altındadır. Operativtv.com bu barədə T. Bağırzadənin özünün etdiyi telefon zəngində bildirdiyini yazır. İlahiyyatçı Dövlət Təhlükəsizlik Xidmətinin davamlı təzyiq addımlarını, gəldiyi 12 saylı cəzaçəkmə müəssisəsində də davam etdiyini bildirərək onu təxribata çəkmək istədiklərini deyib. Noyabrın 26-sında B. Bağırzadə 7 il cəza çəkdiyi Qobustan qapalı həbsxanasından 12 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. İlahiyyatçı müəssisəyə gələn andan ona qarşı təxribatın yaşandığını söyləyib. Müəssisənin rəis müavini Babək İsgəndərov Bağırzadəyə zatən qısa müddətə yenidən Qobustana qaytarılacağını deyib. Ardınca alçaldıcı söyüşlər söyən müavin ilahiyyatçını psixoloji təzyiq altına almağa çalışıb. Tale Bağırzadə DTX-nın hərəkat üzvülərinə qarşı davam edən təzyiqin tərkib hissəsi olan ona qarşı addımlara etiraz olaraq iki gündür ki, aclıq aksiyasına başlayıb. Təzyiqlərə son verməyəcəkləri halda o aclıq aksiyasını “ölüm aksiyası” olaraq dayandırmayacağını və bununla da DTX-nin iyrənc əməllərini öz canı bahasına ifşa edəcəyini söyləyib.

 Məlumat üçün deyək ki, qanunvericilik T. Bağırzadəni qeydiyyatda olduğu əraziyə yaxın müəssisələrdən birinə köçürülməsini tələb etdiyi halda Pentesiar xidmət ilahiyyatçını tam deyilən qaydalara zidd olaraq uzaq ərazidə yerləşən və illər öncə onun cəza çəkdiyi 12 saylı müəssisəyə göndərilməsinə qərar verib. Bundan əlavə olaraq Bağırzadə bu müəssisədə yaşanan problemlər səbəbindən ötən həbsi dövründə buradan Qobustan qapalı müəssisəsinə cəza olaraq köçürülmüdü.    

Xatırladaq ki, MBH üzvülərinin təzyiq altında olması artıq hərəkat yaranan gündən yaşanır. Lakin son dövrlər Dövlət Təhlükəsizlik Xidmətinin hərəkata qarşı addımları daha kəskin formada özünü nümayiş etdirir. Hərəkat, müxtəlif dövlət idarələrinin vasitəsi ilə gerçəkləşən təzyiqlərin arxasına bu orqanın durduğu qənaətindədir.