Tbilisidə “Xarici agentlər” haqqında qanun layihəsinə qarşı nümayişlərin təşkilatçıları Ukrayna tərəfdən ruslara qarşı döyüşən gürcü könüllüləri də cəlb etməklə təxribatlar hazırlayırlar.
Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.
"Gürcüstan parlamenti yaxınlığında keçirilən mitinqlərdə məqsəd dağıdıcı və zorakılıq ssenariləri hazırlamaq olan mitinqlərdə müəyyən qruplar təxribatlar təşkil etməyə çalışır. Onlar xaricdən, xüsusən də siyasi parlament və parlamentdənkənar partiyalar və qeyri-hökumət təşkilatları tərəfindən maliyyələşdirilir. Xaricdə olan Gürcüstan vətəndaşları bu kriminal proqramlara cəlb olunublar, xüsusən də Ukraynada döyüşən gürcülərin müəyyən hissəsi", - məlumatda deyilir.
DTX qeyd edib ki, etirazların təşkilatçıları xaricdən kriptovalyuta şəklində pul alırlar: "Kənardan gələn maliyyə cinayət layihələrini həyata keçirmək üçün, kriptovalyuta isə izlərini gizlətmək üçün istifadə olunur. Aprelin sonunda əcnəbi təlimatçılar kriptovalyuta əməliyyatları üzrə treninq keçiriblər və bu təlim zamanı aksiyanın təşkilatçılarına radikal aksiyalar üçün məxfi maliyyə vəsaiti almaq tapşırılıb.
Bu etirazların təşkilatçılarının məqsədi hakimiyyəti zorla ələ keçirməkdir. Aksiya təşkilatçılarının xüsusi aqressiyasının hədəfi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Onları ruhdan salmaq, qızışdırmaq üçün “rəngli inqilablar”ın təşkili ilə bağlı hədə-qorxu, rüşvətxorluq, mitinqlərin iştirakçılarının tərəfinə keçmək kimi üsullardan istifadə olunur ki, bu da son nəticədə dövlət strukturlarını çökdürmək və hakimiyyəti ələ keçirmək məqsədi daşıyır".
Unikal.az
Gürcüstanda "rəngli inqilab" planlaşdırılır